Dibala Argentinaya qayıtmaq istəyir? – Açıqlama

”Roma”nın hücumçusu Paulo Dibala bir gün “Boka Xuniors” (Argentina) formasını geyinmək istədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard bunu deyib:

“Kimsə mənə “Boka Xuniors” formasında olan fotomu göndərib və bunun süni intellekt olub-olmadığını anlaya bilmirəm. Həqiqətən də, onların formasını geyinmək istərdimmi? Yaxşı olardı. Amma hazırda “Roma”da oynayıram və onların rənglərini qorumalıyam. Gələcəkdə isə kim bilir, nə olacaq”.

Dibala daha əvvəl heç vaxt “Boka Xuniors”da oynamayıb və karyerasının böyük hissəsini A Seriyasında keçirib. Oyunçunun həyat yoldaşı Orjan Sabatini və yaxın dostu Leandro Paredes isə onu vətəninə çağırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button