“Həmişə zirvədə olmaq istəyirik”

“Bayern”in müdafiəçisi Dayot Upamekano Almaniya Bundesliqasının 26-cı turunun “Borussiya” (Dortmund) ilə görüşünü (4:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu çempionatda titul uğrunda mübarizənin davam etdiyini bildirib:

“Borussiya”nı məğlub etmək bizim üçün çox vacib idi. Həmişə zirvədə olmaq istəyirik. Məncə, hər kəs bunu meydanda görür. Titul uğrunda mübarizə davam edir”.

Münhen təmsilçisi hazırda Almaniya çempionatının turnir cədvəlində 55 xalla birinci, Dortmund klubu isə 53 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button