Ronaldo onu hələ də təbrik etməyib

“Real”ın hücumçusu Kərim Benzema “qızıl top” mükafatından danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı futbolçu mükafatı qazanmaq üçün xeyli mübarizə apardığını bildirib:

“Qızıl top”u qazanana qədər oynamağı dayandırmaq istəmədim. Mən həmişə özümə inanmışam. Bilirdim ki, nə vaxtsa keyfiyyətlərim və iddialarımla qalib gələ bilərəm. Ona görə də, son dörd il ərzində daim bu mükafatı qazanmağa çalışırdım.

Kriştiano Ronaldo məni təbrik etdimi? Xeyr, hələ yox”.

Benzema daha sonra səhhətində olan problem barədə də fikirlərini bölüşüb:

“Hazırda yaxşıyam, bir az ağrım var idi. Bu qədər gərgin qrafiklə belə ağrıların olması normaldır. Üzərimdə çalışıram, milli komandanın oyunlarına qədər hazır olacam. Etməli olduğum bütün məsələlərə diqqət edəcəm.

Biz futbol oynamağı sevirik. Məsələ ondadır ki, biz robot deyilik. Həmişə yüz faiz hazır olmalıyıq və üç gündən bir meydana çıxmalıyıq. Bəzi məqamlarda zədələr olur, bu, normaldır”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button