Konfrans Liqası: Həftənin oyunçusu adına namizədlər

“Roma” və “Feyenoord” komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada “Roma”nın qapıçısı Ruy Patrisiu, müdafiəçisi Kris Smollinq, yarımmüdafiəçisi Nikola Zaniolo və “Feyenoord”dan Orkun Kökçü iddia edir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. “Roma”nın yeganə qolunu Zaniolo vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button