“Hər futbolçu onunla işləmək istəyər” – Poqba

“Mançester Yunayted”in futbolçusu Pol Poqba gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi, ən böyük arzusunun “Real”da oynamaq olduğunu deyib:

“Həmişə demişəm, “Real”da oynamaq hər futbolçunun arzusudur. Dünyanın ən böyük klublarından biridir. Baş məşqçiləri də Zinəddin Zidan. Zidan futbolu çox sevən biridir və hər futbolçu da onunla işləmək istəyər”.

2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə 105 milyon avro qarşılığında keçən Poqbanın, “qırmızı şeytanlar”la 2021-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button