“Gürcüstan millisi ilə oyun bizim üçün finala bərabər olacaq”

“Atletiko”nun müdafiəçisi Sesar Azpilikueta Gürcüstan millisi ilə baş tutacaq matçdan və rəqib komandanın yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın oyun keyfiyyətlərindən danışıb.

Komanda.az İspaniya millisinin “tvitter” hesabına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu açıqlamasında bu fikirləri səsləndirib:

“Kvaratsxeliya böyük sürətə və oyun vəziyyətini dəyişmək bacarığına malik futbolçudur. Onun bir çox güclü xüsusiyyətləri var. Cümə günü bizim üçün final oyunudur, bunu belə qəbul etməliyik və buna hər şeyimizi verməliyik”.

AÇ-2024-ün seçmə mərhələsində keçirdiyi iki oyundan sonra İspaniya millisi 3 xal toplayıb və hazırda qrupda 4-cü yerdədir. Üç oyundan sonra Gürcüstan millisi də 4 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.

İspaniya ilə Gürcüstan millisinin qarşılaşması sentyabrın 8-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button