Gürcü futbolçu “Napoli”də bunu etdi

Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya İtaliyanın “Napoli” klubunda yeni uğura imza atıb.

Komanda.az “Orta Sport”-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2003/2004 mövsümündən bəri Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçu olub.

Kvaratsxeliya buna “Verona”nı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri 1-ci turun oyununda nail olub. Gürcüstan millisinin üzvü 37-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. 55-ci dəqiqədə isə o, polşalı Pyotr Zelinskinin qol vurması üçün məhsuldar ötürmə verib.

Xviça Azərbaycan millisinin keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button