Gündoğan keçmiş komandası ilə oyun haqda: “Mənim üçün emosional axşam idi”

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan sabiq komandası “Mançester Siti” ilə UEFA Çempionlar Liqasında oyundan (0:2) sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Etihad”da səfərdə paltardəyişmə otağında olmaq bir az qəribə idi. Əlbəttə ki, bu, mənim üçün emosional bir axşam idi. Bura xüsusi bir yerdir. Bu stadionda oynamaq həmişə xoşdur. Çoxlu tanış simalar, azarkeşlər gördüm, əla idi. Dostum Bernardo Silva ilə formalarımızı dəyişdim. Onunla bağlı çoxlu xüsusi xatirələrim var. Düşünürəm ki, o da çox xoşbəxt idi”.

Almaniyalı futbolçu bu mövsümün əvvəlində “Mançester Siti”dən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button