Braziliyalı futbolçu “Nyukasl”dan ayrılmayacaq

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş mövsümün sonunda klubunu tərk etməyəcək.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu cari Premyer Liqa mövsümündə uğursuz nəticələrə baxmayaraq, komandada qalmaq qərarına gəlib.

Braziliyalı futbolçu karyerasını “Barselona” və “Mançester Siti” kimi klublarda davam etdirmək variantlarını rədd edib. Onun “sağsağanlar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Gimarayeş bu mövsüm Premyer Liqada 23 oyunda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button