
Messinin zədəsi ciddidir?
“İnter Mayami”nin baş məşqçisi Gilyermo Hoyos, MLS-də “Filadelfiya Yunion”la (6:4) matçda hücumçu Lionel Messinin məcburi əvəzlənməsi haqda sualı cavablandırıb. Argentinalı futbolçu 73-cü dəqiqədə bud əzələsindən zədə aldığı ehtimalı ilə meydanı tərk edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Hələ də dəqiq tibbi rəyimiz yoxdur. Messi özünü yorğun hiss edirdi, ona görə də heç bir risk etməmək qərarına gəldik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



