Rebrov: “Heç kim motivasiyasını itirməyib”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov komandasının DÇ-2026-nın pley-off mərhələsində İsveç yığmasına 1:3 hesablı məğlubiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis komandasının motivasiyanı itirmədiyini söyləyib:

“Məşqdən aydın olur ki, heç kim motivasiyasını itirməyib. Komandamızdan getmək və ya geri çəkilmək istəyən bir dənə də olsun oyunçu yoxdur”.

Rebrov məğlubiyyətin əsas səbəblərindən biri kimi rəqib komandanın ehtiyat oyunçular oturacağının daha “geniş” olduğunu göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button