“Gent” “Qarabağ”la cavab oyunu üçün 24 futbolçu seçdi

Belçikanın “Gent” komandasının Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün iştirak ərizəsi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Heyn Vanhazebrukun sərəncamında 24 futbolçu olacaq. Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu yer alıb:

Qapıçılar: 1. Pol Nardi, 33. Deyvi Rof, 26. Luis Fortin;

Müdafiəçilər: 2. Cozef Okumu, 5. Mişel Nqadye-Nqadyui, 15. Bram Laqae, 23. Cordan Torunariqa, 25. Nurio Fortuna, 31. Bruno Qodo, 35. Sederik van Dale;

Yarımmüdafiəçilər: 7. Xönseok Xon, 12. Noa de Ridder, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 22. Seleyman Marre, 24. Sven Kums, 27. Rune van den Berq, 28. Robbi van Hater;

Hücumçular: 10. Yens Petter Hauqe, 11. Uqo Kuypers, 19. Malik Fofana, 20. Gift Orban, 29. Loran Depuatr, 39. Matias Fernandes.

Sabah “Gelamko Arena”da keçiriləcək “Gent” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Bakıdakı ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabıyla qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button