“Gent” – “Qarabağ” matçının hakimləri məlum oldu

Belçikada “Gent” və “Qarabağ” arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Uilyam Kollam olacaq. Ona Frensis Konnor və David Roome laynsmanlar qismində köməklik göstərəcək.

“Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda “köhlən atlar” 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də, Gentdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button