“Gent” Bakıdakı oyun üçün 19 futbolçu seçdi

Belçikanın “Gent” komandasının Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi ilk oyun üçün iştirak ərizəsi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi Heyn Vanhazebruk Bakıdakı oyun üçün 19 futbolçu seçib. Heyətdə 3 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu yer alıb:

Qapıçılar: 1. Pol Nardi, 33. Deyvi Rof, 26. Luis Fortin;

Müdafiəçilər: 2. Jozef Okumu, 5. Mişel Nqadye-Nqadyui, 23. Cordan Torunariqa, 25. Nurio Fortuna, 31. Bruno Qodo;

Yarımmüdafiəçilər: 7. Xönseok Xon, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 17. Endryu Hyulsager, 22. Seleyman Marre, 24. Sven Kums;

Hücumçular: 10. Yens Petter Hauqe, 11. Uqo Kuypers, 19. Malik Fofana, 20. Gift Orban, 29. Loran Depuatr.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyununa saat 21:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button