“Gəlin, müqavilə şərtlərini razılaşdıraq” – “Qarabağ”dan səfirə cavab

“Qarabag” Futbol Klubu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun və səfirliyin əməkdaşlarının komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bu barədə “tvitter” hesabında paylaşım edib:

“Böyük məmnuniyyətlə! (sizi üzv kimi qəbul edərik-red) Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar”.

Öncədən Fergus Auld “tvitter”dəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb. Bu barədə səfir kluba xitabən aşağıdakı sözləri yazıb:

“Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkadaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq. “Qarabag” Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?”

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button