Ançelottidən zədəli futbolçularla bağlı açıqlama

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli oyunçuları Eduardo Kamavinqa və Vinisius Juniorun 2024-cü ilin əvvəlində qayıdacağını açıqlayıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolçuların gələn il üçün hazır olacaqlarını bildirib:

“Düşünürəm ki, gələn ilə qədər gözləməliyik. Lakin çempionatdakı fasilədən qayıdanda hər ikisi məşq etməyə hazır olacaq”.

Vinisius noyabrın 16-da Kolumbiya – Braziliya matçında (2:1) sol budundan, Kamavinqa isə Fransa millisi ilə məşq zamanı sağ dizinin bağından zədələnib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button