
“Fənərbaxça” 21-ci əsrdə bunu ilk dəfə bacardı
“Fənərbaxça” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində İngiltərə səfərində sensasiyaya imza atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda keçirilən ilk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan Türkiyə təmsilçisi cavab qarşılaşması üçün İngiltərəyə demək olar ki, ümidini itirmiş vəziyyətdə yollanmışdı. Ancaq məhz həmin qələbə meydan sahiblərinin arxayınlaşmasına səbəb olmuşdu ki, “Nottingem Forest” eksperimental heyətlə meydana çıxmışdı.
Bundan istifadə edən “Fənərbaxça” səfərdə 2:1 hesablı qələbə qazanaraq mühüm statistikaya imza atdı. Bu nəticə Türkiyə klubunun 21-ci əsrdə İngiltərədə qazandığı ilk qələbə kimi tarixə düşdü.
“Fənərbaxça” sonuncu dəfə İngiltərədə 1996-cı ilin payızında qalib gəlmişdi. İstanbul təmsilçisi həmin vaxt UEFA Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Mançester Yunayted”i məğlub etmişdi.
Bizi Facebook-da izləyin



