“Fənərbaxça” Avroliqaya qələbə ilə vida etdi

Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, “Fənərbaxça” “Nottingem Forest”lə cavab oyununda qalib gəlsə də, ilk oyundakı darmadağına görə mübarizəni dayandırıb.

Digər oyunlarda “Ştutqart”, “Ferentsvaroş”, “Panatinaikos”, “Lill”, “Genk”, “Selta” və “Bolonya” komandaları 1/8 finala yüksəliblər.

Daha əvvəl “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Midtyulland” (Danimarka), “Betis” (İspaniya), “Frayburq” (Almaniya), “Olimpik” (Lion, Fransa), “Roma” (İtaliya) və “Aston Villa” (İngiltərə) da 1/8 finala vəsiqə qazanmışdı.

Avropa Liqası
Pley-offun cavab oyunları

26 fevral

Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan) 2:0
Qollar
: Kaniçovski, 14. Zakariassen, 30.
İlk oyun – 1:2

Viktoriya (Çexiya) – Panatinaikos (Yunanıstan) 1:1 (penaltilər 3:4)
Qollar
: Şpasil, 62 – Tetteh, 9.
İlk oyun – 2:2

Ştutqart (Almaniya) – Seltik (Şotlandiya) 0:1
Qol
: Makkovan, 1.
İlk oyun – 4:1

Srvena Zvezda (Serbiya) – Lill (Fransa) 0:2
Qollar
: Jiru, 4. Nqoy, 99.
İlk oyun – 1:0

Genk (Belçika) – Dinamo (Xorvatiya) 3:3
Qollar
: Sor, 51. Vinlof, 101-öz qapısına. Heymans, 114 – Bakrar, 45+2. Stoykoviç, 57-pen; 75.
İlk oyun – 3:1

Selta (İspaniya) – PAOK (Yunanıstan) 1:0
Qol
: Svedberq, 63.
İlk oyun – 2:1

Nottingem Forest (İngiltərə) – Fənərbaxça (Türkiyə) 1:2
Qollar
: Hadson-Odoi, 68 – K.Aktürkoğlu, 22; 48-pen.
İlk oyun – 3:0

Bolonya (İtaliya) – Brann (Norveç) 1:0
Qol
: J.Mario, 56.
İlk oyun – 1:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button