
Füzuli Məmmədov: “Bizim üçün çətindir”
“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 17-ci turunun son matçında “Sabah”ın qonağı olub.
Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı olub. Məmmədov 1:4 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Oyunun çətin olacağını bilirdik. Ciddi hazırlaşmışdıq. Çalışmışdıq ki, bu oyuna fokuslanaq. Bilirdik ki, rəqibin heyətində güclü futbolçular var. Oyunun əvvəlində səhvlər buraxdıq və nəticədə, məğlub olduq.
Bizim üçün çətindir. Çalışacağıq qarşıdakı oyunlarda maksimum hazırlaşıb yaxşı nəticələr qazanaq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir.
Transferlər bitib. Bu heyətlə davam edəcəyik”.
“Karvan-Yevlax” növbəti turda “Sumqayıt”ı qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



