“Futbolçulara tapşırmışdıq ki, tələsməsinlər” – “Şamaxı”nın məşqçisi

“Şamaxı”nın məşqçisi Elnur Çodarov Misli Premyer Liqasının 14-cü turunun “Karvan-Yevlax”la oyunundan sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesablı qələbə haqda bunu deyib:

“Maraqlı, gərgin, yaxşı oyun alındı. Birinci hissə daha çox keyfiyyət xarakteri daşıyırdı. Füzuli Məmmədovu yeni təyin ediblər. İki oyunlarına baxmışdıq, təhlil etmişdik. “Qarabağ”a qarşı tam fərqli idi, bizə qarşı tam fərqli. Bilirdik ki, belə də olacaq. İkinci hissə sürəti artırdıq, daha çox irəlidə aqressivliyi, intensivliyi artırdıq, istədiyimizə nail olduq. Debüt edən oyunçumuz oldu. Onu da təbrik edirik. Bir şeyi də qeyd edim ki, matçın sonlarında meydançada 6 yerli oyunçumuz var idi.

Futbolçulara tapşırmışdıq ki, tələsməsinlər, rəqibi gözləsinlər və kompakt oynasınlar. Öz epizodumuzu gözləyirdik. İkinci hissədə futbolçular tapşırıqları maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Qolumuzu vurduq və ardını da gətirdik”.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalı olduğu üçün onu mətbuat konfransında Çodarov əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button