“Futbolçular tapşırıqların 100 faizini yerinə yetirdilər”

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Premyer Liqanın 8-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Komanda bu gün çempionatda bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. Futbolçular tapşırıqların 100 faizini yerinə yetirdilər. 90 dəqiqə ərzində həm müdafiədə, həm də hücumda məzmunlu oyun oynadılar. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Vacib üç xal qazandıq.

Qurban Qurbanov fasilədə oyundan qopmamağı, tempi axıra kimi saxlamağı tapşırdı. Qurban müəllimsiz çətin olur. Yoxluğu hiss olunurdu.

“Hakken”lə oyuna ayrıca hazırlaşırıq. Son vaxtlarda sıx qrafikdə olurduq. Vaxtımız olacaq. Matç dördüncü gündür. Oyundan iki gün qabaq İsveçə yollanacağıq. Bizim üçün bu cür qrafik daha yaxşıdır. Komanda bərpa məşqləri edəcək. İki gün əvvəl gedəcəyik ki, uşaqlar dincəlsin. Bizim üçün müsbət haldır.

“Hakken”lə görüşdə daha yaxşı Bədavi Hüseynov görəcəyik. Zədədən sonra oynayır. Bu gün də çox riskə atmadıq onu. Çünki “Qəbələ”də 10 nəfərlə mübarizə aparmışdıq. Onu “Hakken”lə oyuna qoruduq. Həm də altı gün ərzində daha yaxşı məşq etməsi üçün belə qərar verdik. “Hakken”lə matçda daha yaxşı fiziki durumda olacaq. Bugünkü matç onu göstərdi ki, Maksim Medvedev 90 dəqiqə oynamağa hazırdır. Lazım olan anlarda bizə köməyi dəyəcək.

Andrey Lunyovun səhv etmirəmsə, bir ilə yaxındır ki, oyun praktikası yox idi. Ona görə indi ona daha çox şans veririk. Kimin əsas heyətdə olacağı yaxın günlərdə bilinəcək. Amma son oyunlarda özünü daha yaxşı tərəfdən göstərir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button