“Bundan daha yaxşı ola bilməzdi” – Mourinyo

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Mançester Siti”yə 2:0 hesabı ilə qalib gələn “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, çətin oyunda qələbə qazandıqlarını bildirib:

“Çox çətin oyun oldu və üç xal çox vacib idi. Futbolçular inanılmaz oyun göstərdilər. Yüksək səviyyəli komandaya qarşı oynadıq. Yeni transferimiz Steven Berqvinin fərqlənməsi daha gözəl hissdir. O, komandaya bir neçə gün əvvəl qatılmışdı. Bundan daha yaxşı ola bilməzdi. Hər şeydən vacibi isə qazanılan üç xaldır. Sakit olmalı, arxayınlaşmamalı və növbəti oyunu düşünməliyik”.

25 turdan sonra 37 xal toplayan “Tottenhem” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button