Premyer Liqa oyunları sükutla başlayacaq

Futbol üzrə Rusiya Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün keçiriləcək üç oyun bir dəqiqəlik sükutla başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Perm Dövlət Universitetində baş vermiş terror hadisəsi ilə bağlı oyunlar sükutla başlayacaq.

Universitetə silahlı hücum zamanı 8 nəfər ölüb, 28 nəfər isə yaralanıb.

Rusiya Premyer Liqasında bu gün “Ural” – “Lokomotiv” (Moskva), “Rubin” – “Zenit” və ÇSKA – “Spartak” (Moskva) görüşləri oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button