Daha bir ölkədə çempion bilindi

Futbol üzrə Rumıniya çempionatında 2020/21 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, pley-off mərhələsinin 9-cu turunda “Botoşani”ni minimal hesabla (1:0) məğlub edən ÇFR sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Kluj-Napoka təmsilçisi 51 xal toplayaraq, ən yaxın izləyicisi “Styaua”nı 6 xal qabaqlayıb.

ÇFR klub tarixində ardıcıl 4-cü, ümumilikdə 7-ci dəfə Rumıniya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button