“Qarabağ”ın futbolçusu üçün 81 dəqiqə

Futbol üzrə Haiti yığma komandası KONKAKAF “Gold Cup” turnirində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi sözügedən komanda Nikaraqua ilə qarşılaşıb. Görüş Haitinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. O, 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button