“Qarabağ”ın səfər oyununun vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Komanda.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə”yə qarşı səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Yarışların əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirib.

Azərbaycan kuboku, 1/4 final mərhələsi, cavab oyunları

11 fevral

18:00. Keşlə – Qarabağ
“ASK Arena”

12 fevral

16:00. Sabah – Neftçi
“Bank Respublika Arena”

13 fevral

15:00. Qəbələ – Sumqayıt
Qəbələ şəhər stadionu

18:00. Səbail – Zirə
“ASCO Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button