“Zirə” və “Qəbələ” də yarımfinala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Qarabağ” səfərdə “Keşlə”nin qonağı olub. Komandalar arasındakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanmışdı. Cavab matçında darmadağına sevinən “Qarabağ” ilk yarımfinalçı olub.

“Neftçi” dünən səfərdə “Sabah”la qarşılaşıb. Komandalar arasındakı ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşündə hesabı meydan sahibləri açıb. Amma “ağ-qaralar” ikinci hissə cəmi 7 dəqiqə ərzində 3 qol vurmaqla, əzmkar qələbə qazanıblar və yarımfinala yüksəliblər. “Sabah”ın bu oyunda iki futbolçusu – Aleksey İsayev və Səlahət Ağayev meydandan qovulub.

1/4 finalın digər görüşləri bu gün keçirilib.

Əvvəlcə “Qəbələ” “Sumqayıt”la üz-üzə gəlib. Qəbələdə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da, ilk görüşdə rəqibini minimal hesabla məğlub etmiş “Qəbələ” kubokda yarımfinala yüksəlib. Qəbələ təmsilçisi bu mərhələdə “Qarabağ”la qarşılaşacaq.

Kubokun 1/4 final mərhələsinin son matçı “Zirə” ilə “Səbail” arasında keçirilib. Bu dəfə də inamlı qələbə qazanan zirəlilər yarımfinalda “Neftçi” ilə qarşılaşmaq hüququ əldə ediblər.

Azərbaycan kuboku, 1/4 final mərhələsi, cavab oyunları

11 fevral

Keşlə – Qarabağ 0:6
Qol: P.Andrade, 9. İ.Vadji, 17; 45. R.Şeydayev, 43-pen; 84. M.Qurbanlı, 78.
ASK Arena. Saat 18:00
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
İlk oyun – 0:1

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 9. Natan Oduva22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 97. Qurban Səfərov
Baş məşqçi: Sənan Qurbanov

Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

12 fevral

Sabah – Neftçi 1:3
Qol: X.Kamara, 41 – E.Mahmudov, 61. R.Maçado, 62; 68.
Qırmızı vərəqə: A.İsayev, 75. S.Ağayev, 75.
Bank Respublika Arena. Saat 16:00
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
İlk oyun – 1:1

Sabah: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 94. Yusif İmanov, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli
Baş məşqçi: Samir Abasov

13 fevral

Qəbələ – Sumqayıt 1:1
Qol:
İsnik Alimi, 18 – Araz Abdullayev, 82-pen. 
Qəbələ şəhər stadionu. Saat 15:00
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
İlk oyun – 1:0

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 2. Samet Karakoç
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 10. Omar Hani, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 25. İlnur Valiev, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı
Baş məşqçi: Aleksey Baqa

Səbail – Zirə 1:3
Qol: R.Hacıyev, 7 – A.Ramazanov, 21. T.Xəlilzadə, 39-pen. C.Diniyev, 73.
ASCO Arena. Saat 18:00
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
İlk oyun 0:4

Səbail: 1. Rəşad Əzizli, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 30. Camal Araqo, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 99. Vidadi Cəfərov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 34. Yurqen Qoxa, 77. Ədilxan Qarəhmədov, 70. Elşad Tağıyev, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev

Zirə: 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 4. Cəlal Hüseynov, 56. Samir Ağayev
Məşqçi: Vaqif Paşayev

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button