“Neftçi”nin əvəzedicilərindən növbəti qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Lider “Neftçi”nin əsas izləyicisi “Zaqatala” doğma meydanda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Şənbə günü daha üç görüş baş tutub. “Sabah”ın ikinci komandası “Sumqayıt”ın əvəzedicilərinə qalib gəlib. “Qarabağ”ın əvəzedici komandası MOİK-lə səfər oyunundan inamlı qələbəylə ayrılıb. “Turan Tovuz” isə evdə “Kəpəz”lə dueldə qolsuz heç-heçəyə razılaşıb.

Sonuncu oyun günündə “Neftçi”nin əvəzediciləri “Qaradağ Lökbatan”la səfər oyunundan inamlı qələbə ilə ayrılıb və zirvədəki mövqeyini möhkəmləndirib.

Birinci divizion, 23-cü tur

23 aprel

Zaqatala – Keşlə-2 1:2
Qol
: Əsədulla Heydərov, 73 – Emin Quliyev, 71; 80
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00

24 aprel

Sabah-2 – Sumqayıt-2 2:1
Qol: Fərid Kərimzadə, 34; 74 – Cəlal Cəbrayılov, 90+4.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00

Turan Tovuz – Kəpəz 0:0
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 16:00

MOİK – Qarabağ-2 0:2
Qol: Şirxan Həsənzadə, 66. Sultan Mustafayev, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu, 16:00

26 aprel

Qaradağ Lökbatan – Neftçi-2 0:2
Qol
: Famil Camalov, 47. İsmayıl Zülfüqarlı, 90+6.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00