“Sumqayıt” “Kəpəz” üzərində inamlı qələbə qazandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Turan Tovuz” doğma meydanda “Qarabağ-2″ni məğlub edib. “Keşlə”nin əvəzediciləri isə səfərdə “Qaradağ Lökbatan”dan üstün olub – 1:2

Dünən 19-cu turun daha iki qarşılaşması keçirilib. “Neftçi-2” doğma meydanda MOİK-i qəbul edib. “Ağ-qaralar” rəqibini 7 cavabsız qolla məğlub edib. “Zaqatala” səfərdə “Sabah-2” üzərində çətin qələbə qazanıb.

Turun son matçında “Sumqayıt-2” doğma meydanda “Kəpəz”i məğlub edib.

Birinci divizion, 19-cu tur

1 aprel

Turan Tovuz – Qarabağ-2 2:1
Qol:
Vidadi Cəfərov, 18; 64 – Sultan Mustafayev, 59.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu

Qaradağ Lökbatan – Keşlə-2 0:1
Qol:
Emin Quliyev, 48.
Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

2 aprel

Neftçi-2 – MOİK 7:0
Qol:
Vüsal Əsgərov, 33. Asim Əlizadə, 36; 69-pen. Emin Zamanov, 46. Famil Camalov, 57. Valeh Qəhrəmanlı, 85. Əli Mürsəlov, 90+4.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi” klubunun bazası (4-cü meydança), 15:00

Sabah-2 – Zaqatala 3:4
Qol:
Fərid Kərimzadə, 24. Samir Məhərrəmli, 64. Əli Abdullayev, 89-avtoqol – Bəhruz Teymurov, 45; 54-pen. Xəqani Sadıxov, 48. Əsədulla Heydərov, 71.
Qırmızı vərəqə: Sultan Mustafayev, 39 (“Sabah-2”).
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

3 aprel

Sumqayıt-2 – Kəpəz 2:0
Qol:
Cavid İmamverdiyev, 63-pen. Cəlal Cəbrayılov, 90+2.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elmin Süleymanov, Nicat İsmayıllı
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)