Tovuzda “sülh”, Ramil Şeydayev “Sabah”a kömək edə bilmədi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Zaqatala” “Sumqayıt-2” üzərində inamlı qələbə qazanaraq liderliyə yüksəlib. 6 qolun vurulduğu MOİK – “Keşlə-2” matçında qalib müəyyənləşməib. Gəncənin “Kəpəz” komandası isə səfərdə “Qarabağ-2” ilə “sülh”ə razılaşıb.

“Turan Tovuz” “Neftçi-2” ilə oyunda 1 xala razı olub. “Sabah”ın əvəzedici komandası isə “Qaradağ Lökbatan”a uduzub.

Birinci divizion, 16-cı tur

5 mart

MOİK – Keşlə-2 3:3
Qol:
Xəyal Bədirov, 37. Hüseyn Hüseynli, 40. Emin Mehtiyev, 41 – Bahadur Həziyev, 25. Xəzər Məhmudov, 75; 90+3.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 13:00

Zaqatala – Sumqayıt-2 2:0
Qol:
Xəlil Bəşirov, 69; Əsədulla Heydərov, 89.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Taleh Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00

Qarabağ-2 – Kəpəz 1:1
Qol:
Sultan Mustafayev, 74 – Emil Qasımov, 54.
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00

6 mart

Turan Tovuz – Neftçi-2 2:2
Qol:
Elçin Qasımov, 44. Nurlan Şabanov, 78 – Asim Əlizadə, 45+1-pen. İsmayıl Zülfüqarlı, 65.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Kərim Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 13:00

Sabah-2 – Qaradağ Lökbatan 1:2
Qol:
Kamran Quliyev, 17 – Sabir Allahquliyev, 75. Əbdulkərim Ağamalıyev, 83.
Qırmızı vərəqə: Ramil Şeydayev, 63 (“Sabah-2”)
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00