“Sabah”ın təxirə salınmış oyununun vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turdan təxirə salınmış “Sabah-2” – “Keşlə-2” oyununun başlanma saatı müəyyənləşib.

Komanda.az xəbər verir ki, aprelin 28-də keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

“Sabah-2” 1-ci divizionda 4-cü, “Keşlə-2” isə 7-ci sıradadır.

Birinci divizion, 14-cü turdan təxirə salınmış oyun

28 aprel

Sabah-2 – Keşlə-2
Binə qəsəbə stadionu, 16:00