
Alman hücumçu “Milan” üçün tibbi müayinədən keçəcək
“Vest Hem”in hücumçusu Niklas Fullkruq “Milan”a keçid ərəfəsində İtaliyaya gedib. O, bu gün “qırmızı-qaralar”a transferi öncəsi tibbi müayinədən keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” London klubu ilə 32 yaşlı forvardın mövsümün sonuna qədər icarəsi barədə razılıq əldə edib.
Razılaşmada futbolçunun sonradan satınalma şərti də nəzərdə tutulub. Yaxın vaxtlarda bütün rəsmi prosedurların tamamlanacağı və Fullkruqun rəsmi olaraq “Milan”ın futbolçusu elan ediləcəyi gözlənilir.
Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 9 oyunda iştirak edib, ümumilikdə 413 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



