De Yonqun “Barselona”dan ayrılmaq istəməməsinin səbəbləri

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun Kataloniya klubunu tərk etmək istəməməsinin daha bir neçə səbəbi açıqlanıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, 25 yaşlı niderlandlı “Barselona”nı tərk etmək istəmir, çünki bu, onun uşaqlıqdan oynamaq arzusunda olduğu klubdur. Eyni zamanda, futbolçunun sevgilisi də şəhəri tərk etmək istəmir.

Niderlandlı futbolçunun xidmətində “Mançester Yunayted” və “Çelsi” maraqlıdır.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin