Poqba niyə oynamır?

Fransız futbolçu Pol Poqba “Mançester Yunayted”dən ayrılmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Poqbanın zədəsini sağaltmasına baxmayaraq, “qırmızı şeytanlar”dan ayrılmaq istədiyi üçün meydana çıxmadığı bildirilib.

Poqba sonuncu dəfə Premyer Liqanın 7-ci turunun “Arsenal”la (1:1) görüşündə iştirak edib. 26 yaşlı yarımmüdafiəçi o müddətdən sonra heç bir rəsmi qarşılaşmaya çıxmayıb.

Baş məşqçi Ole-Qunnar Sulşer Poqbanın zədəli olduğunu desə də, İngiltərə mətbuatı fransız yarımmüdafiəçinin sağlıq vəziyyətinin yaxşı olduğunu iddia edir.

Poqbanın MY ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button