
PSJ Ronaldo üçün danışıqlara başladı
Fransanın PSJ klubu “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Paris təmsilçisinin nümayəndələri portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşlə danışıqlara başlayıb. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
“Yuventus” Ronaldonu 30 milyon avroya satmağa razıdır. PSJ hələ Turin klubu ilə danışıqlara başlamayıb.
Ronaldonun “qoca sinyora” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



