PSJ-də Mbappe şoku – turu buraxacaq

Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Kilian Mbappe zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mbappe zədə səbəbindən Liqa 1-in 34-cü turunun “Lans”la matçını buraxacaq.

Bu gün keçiriləcək PSJ – “Lans” matçı saat 19:00-da start götürəcək.