“Marsel”də ispan futbolçu

Fransanın “Marsel” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Fiorentina”dan Pol Lirolanı heyətinə qatıb. Bu barədə “Marsel”in mətbuat xidməti məlumat yayıb. 23 yaşlı ispan müdafiəçi mövsümün sonuna qədər icarə əsasında Fransa klubunda çıxış edəcək.

“Marsel” yayda 12 milyon avro ödəyərək, Lirolanın transfer hüquqlarını ala bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button