“Lion”un yeni baş məşqçisi məlum oldu

Fransanın “Lion” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Rudi Qarsiyaya tapşırılıb. Bu barədə “France Football” nəşri məlumat yayıb.

Xəbərdə, Qarsiya ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanacağı bildirilir. “Lion”un yaxın zamanda bu təyinatı açıqlayacağı gözlənilir.

Baş məşqçi karyerası ərzində “Sent Etyen”, “Lill”, “Roma” kimi komandaları çalışdıran Qarsiyanın son iş yeri “Marsel” olub.

“Lion”da bir müddət əvvəl baş məşqçi Silvinyo istefaya göndərilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button