Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq

Fransanın “Lill” komandasının və Portuqaliya yığmasının futbolçusu Renato Sançes sıradan çıxıb.

Komanda.az xəbər verir ki, dizindən zədə alan 23 yaşlı yarımmüdafiəçinin əməliyyat olunacağı gözlənilir. Bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Renato sentyabr ayının ortalarına qədər yaşıl meydanlardan uzaq qalacaq.

Yarımmüdafiəçi Portuqaliya yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində, sentyabrın 1-də İrlandiya və 7-də Azərbaycana qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button