“Lill”in hücumçusu İtaliya klubu ilə razılaşdı

Fransanın “Lill” klubunun futbolçusu Conatan İkon karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu “Fiorentina” klubuna keçmək üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Fiorentina” İkon üçün “Lill”ə 14 milyon avro və bonuslar ödəyəcək. Transferin yaxın zamanda açıqlanacağı və hücumçunun dekabrın 29-da yeni klubuna qoşulacağı bildirilib.

İkon bu mövsüm Liqa 1-də 18 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button