
Türkiyə klubu Kante üçün 4 milyon avro ödəməyə hazırdır
Fransalı yarımmüdafiəçi Nqolo Kante yenidən Avropaya qayıda bilər.
Komanda.az “Sports Digitale”-a istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Əl-İttihad”ın formasını geyinən 34 yaşlı futbolçu “Fənərbaxça”nın diqqət mərkəzinə düşüb.
Türkiyə klubu Kantenin transferi üçün 4 milyon avro ayırmağa hazırdır. Onun klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq ki, bu da transferin reallaşma ehtimalını artırır.
Kante cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 18 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



