
Fransalı dünya çempionu dələduzluğun qurbanı olub
Fransa millisinin sabiq qapıçısı, 1998-ci il dünya çempionu Fabian Bartez dələduzluğun qurbanı olaraq 2 milyon avro itirib.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, fransalı sabiq qolkiper bu məbləği ölkəsinin aşağı liqa klublarından olan “Luzenaq”a yatırıb.
Komanda bir müddət hətta Liqa 2-yə yüksəlməyi də bacarıb. Ancaq klubun sabiq prezidenti Jerom Dukros Bartezi böyük inkişaf planları ilə risk etməyə inandırsa da, vəsaitin başqa məqsədlərə xərcləndiyi üzə çıxıb.
Nəticədə, layihənin “sabun köpüyü” olduğu ortaya çıxıb və klub ciddi problemlərlə üzləşib. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir və onlar bir-birinə qarşı iddialar irəli sürürlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



