PSJ də darmadağınla finalda!

Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Öncə “Lion” və “Lill” klubları üz-üzə gəlib. Bu komandalar əsas vaxtda qalibi müəyyənləşdirə bilməyiblər – 2:2. Bu üzdən də qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən lionlular finala yüksəliblər.

Digər finalçının adına “Reyms” – PSJ matçında aydınlıq gəlib. Paris təmsilçisi bu oyunda darmadağınla qalib gələrək, finala yüksəlib.

Beləliklə, aprelin 4-də keçiriləcək final görüşündə PSJ ilə “Lion” qarşılaşacaq.

Fransa Liqa Kuboku, Yarımfinal

21 yanvar

Lion – Lill 2:2 (penaltilər 4:3)

22 yanvar

Reyms – PSJ 0:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button