Asensio PSJ-yə keçsə…

“Real”ın yarımmüdafiəçisi Marko Asensio PSJ-yə keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu azad agent kimi Paris təmsilçisinə keçəcək.

İspaniyalının Fransa klubuna keçidi rəsmiləşsə, onunla 2027-ci ilin yayına kimi sözləşmə imzalanacaq. O, PSJ-də illik 8 milyon avro qazanc əldə edəcək.

Asensio 2022/23 mövsümündə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button