Formula 1: Gələn il Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarılıb

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisi üçün “Early Bird” – erkən bilet satışına start verilib.

Komanda.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri “azerbaijangp.com” saytı üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20 faizlik “Early Bird” endirimi 15 dekabr tarixinədək qüvvədədir.

Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.

2025-ci il yarış həftəsonunda 90 min tamaşaçı ilə son 9 ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button