İngiltərə klubu “Lill”in baş məşqçisinə göz dikib

“Lill”in baş məşqçisi Paulo Fonseka “Kristal Pelas”a rəhbərlik edə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, klub rəhbərliyi 50 yaşlı portuqaliyalı mütəxəssisi komandanın hazırkı baş məşqçisi Roy Hocsonu əvəzləməyə əsas namizəd kimi görür.

“Kristal Pelas” Premyer Liqanın yeddi turundan sonra 11 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Lill” Liqa 1-də 8 xalla 11-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button