Fodenə yeni müqavilə təklif olunub

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden klubunda qalmağa yaxındır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “şəhərlilər” beynəlxalq fasilə zamanı ingiltərəli futbolçu ilə müqavilənin müddətinin uzadılması istiqamətində səylərini artırıblar. Klub rəhbərliyi artıq Fodenlə danışıqlar aparıb və ona uzunmüddətli yeni müqavilə təklif edib.

“Bayern”in marağına baxmayaraq, Mançester təmsilçisi daxilində futbolçu ilə razılığın mövsümün sonuna qədər əldə olunacağına inam böyükdür.

25 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 41 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə indiki müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button