
Flikin nümayəndəsi “Barselona” ilə görüşəcək
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yaxın zamanda yeni müqaviləyə imza atmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Yeni razılaşmanın 2028-ci ilin yayına qədər qüvvədə olacağı gözlənilir. Müqaviləyə əlavə olaraq müddətin daha bir illik avtomatik uzadılma maddəsinin də daxil edilməsi planlaşdırılır.
61 yaşlı mütəxəssisin nümayəndəsi Pini Zahavi yaxın günlərdə Kataloniya klubu ilə danışıqlar aparacaq və tərəflər son detallar üzərində razılığa gəlməyə çalışacaqlar.
Flik 2024-cü ilin yayında Xavini əvəzləyərək, “Barselona”nın baş məşqçisi vəzifəsinə təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



