
ÇL: “Barselona”da Kubarsini kim əvəz edəcək?
“Barselona” sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Atletiko” ilə qarşılaşacaq.
Kataloniya təmsilçisi ilk matçda evdə 0:2 hesabı ilə məğlub olub və yarımfinal şansını qorumaq üçün səfərdə geridönüş etməyə çalışacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, zədə problemi olan Jerar Martin qarşıdakı oyunda meydana çıxa bilər. Baş məşqçi Hans-Diter Flik onun müdafiənin mərkəzində Erik Qarsiya ilə birlikdə oynamasını planlaşdırır.
İlk oyunda qırmızı vərəqə alan əsas müdafiəçi Pau Kubarsi cavab qarşılaşmasını cəza səbəbindən buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



