
Flik “el klasiko” üçün Qavi ilə De Yonq arasında seçim edib
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real”a qarşı keçiriləcək oyunun start heyətini müəyyənləşdirir. Kataloniyalıların evdə keçirəcəyi “el klasiko” mayın 10-da olacaq.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi Frenki de Yonq zədəsini tam sağaldaraq optimal formaya düşsə də, böyük ehtimalla, qarşılaşmaya ehtiyat oyunçular oturacağından başlayacaq.
Almaniyalı çalışdırıcı taktiki səbəblərə görə start heyətində Qaviyə üstünlük verməyi planlaşdırır.
Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək. “Barselona” bu oyunda məğlub olmayacağı təqdirdə, vaxtından əvvəl çempionluğu rəsmiləşdirəcək. Komanda hazırda turnir cədvəlinə başçılıq edir və mövsümün sonuna dörd tur qalmış “Real”ı 11 xal qabaqlayır.
Bizi Facebook-da izləyin



